Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikası
Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikası. Ulu öndər Heydər Əliyevin ATU kollektivinə göstərdiyi qayğı sayəsində 2002-ci ilin sentyabr ayında təşkil olunub. Bu klinikanın yaranması stomatologiya fakültəsinin açılma tarixi 1954-cü ildən bu günə qədər ən önəmli və yadda qalan hadisələrdən biri olmaqla, ATU-da təşkil edilən klinikaların ilkidir. Stomatologiya fakültəsinin bütün profil kafedraları bu klinikada yerləşir. Tədris Stomatoloji Klinikada terapevtik, ortopedik, uşaq stomatologiyası kafedraları ilə bərabər terapiya, cərrahiyyə, ortopediya, ortodontiya, parodontologiya, implantalogiya, fizioterapiya, rentgen şöbələri və laboratoriyalar fəaliyyət göstərir. Klinikanın direktoru t.ü.f.d. İ.Ə.Ağayevdir. Universitetin Tədris Stomatoloji Klinikasının əsas fəaliyyət istiqaməti yüksəkixtisaslı həkim-stomatoloq kadrları hazırlamaq məqsədilə tədris, elmi-tədqiqat işlərinin aparılması üçün müasir tələblərə cavab verən baza omaqla, əhaliyə yüksək səviyyəli stomatoloji xidməti təmin etməkdən ibarətdir.
Bu məqsədlə 4 mərtəbəli tədris klinik bina xaricdən və daxildən əsaslı təmir olunub, Yaponiya, Almaniya, Türkiyə, İtaliya, Finlandiya, Slovakiya, Braziliya, Koreya və digər ölkələrin istehsalı olan avadanlıq və yeni stomatoloji qurğuları ilə təchiz olunub.
Klinikada yeni tədris otaqları açılıb, köhnələri müasir stomatoloji klinikanın tələblərinə uyğun əsaslı təmir olunub. Sterilizasiya sistemi köklü sürətdə dəyişdirilərək avtoklavlaşdırma sisteminə keçilibdir. Stomatologiyada istifadə olunan dərman və ləvazimatlar ən müasir standartlara cavab verən aparıcı şirkətlərin məhsulları ilə əvəz olunubdur.
Universitetdə tədrisin Boloniya sisteminə keçməsi ilə əlaqədar olaraq, kafedraların tədris proqramlarında buna uyğun dəyişikliklər aparılır.
1954-cü ildə təşkil edilən stomatologiya fakültəsinə ilk dəfə 50 nəfər Azərbaycan və 50 nəfər rus bölməsinə qəbul edilib. Həmin vaxtdan keçən müddət ərzində stomatologiya fakültəsində tələbələrin sayı 100-dən 1090 nəfərə qədər artıbdır. Xarici tələbələrin sayı isə 362-ə qədər artıbdır. Bu gün fakültənin 70%-i xarici tələbələrdir. 14 ölkədən – Amerika, Finlandiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Filippin, Pakistan, Əfqanistan, Gürcüstan, İran, İrak, İordaniya, Fələstin, Suriya və s. Tələbə təhsil alır ki, bu da ölkəmizdə, o cümlədən universitetdə gedən inkişafın demokratik mühitin və tolerantlığın nümunəsidir.
Tələbələrimiz universiteti bitirdikdən sonra istədiyi ölkələrdə təhsillərini davam etdirmək və işləmək hüququna malikdir.
Ümumiyyətlə, klinikada yerləşən stomatoloji kafedralarda 102 professor-müəllim heyəti çalışır, onlardan 6 nəfəri tibbi elmləri doktoru, professor, 23 nəfəri dosent, 70 nəfəri tibb üzrə fəlsəfə doktorudur. Fakültənin fəaliyyəti dövründə 8000-dən çox həkim-stomatoloq hazırlanmış və onlar ölkəmizdə və müxtəlif xarici ölkələrdə uğurla fəaliyyət göstərirlər.
Son 10 ildə Azərbaycan Tibb Universitetində və səhiyyədə dövlət proqramları və tədbirlər planı cərcivəsində 2011-ci ildən qəbul olunmuş “rezidentrurada təhsil” haqqında qanuna uyğun olaraq bu gün stomatologiya ixtisası üzrə klinikada 40 nəfər həkim-rezident təhsil alır. 80 nəfərdən çox həkim-rezident təhsilini bitiribdir.
2014-cü ildən Tədris Stomatoloji Klinikanin nəzdnində pedaqoji, o cümlədən stomatoloji təhsilin keyfiyyətinin artırılması məqsədi ilə beynəlxalq müasir standartlara cavab verən praktiki tədris mərkəzi yaradılıbdır. Mərkəz tam təchiz olunmuş 20 stomatoloji qurğudan ibarət kliniki bölmə və 2 fantom kabinetindən ibarət olmaqla tələbələrin və rezidentlərin praktiki fəaliyyəti üçün istifadəyə verilibdir. Bundan əlavə olaraq, praktiki tədris bazasında ən yeni avadanlıqlarla təchiz olunmuş müasir tələrblərə cavab verən rəqəmsal texniki laboratoriya yaradılmışdır.
Klinikada aparılan tədris, müalicə-profilaktika və epidemioloji fəaliyyətin keyfiyyətinin və səmərəliliyini artırılması və bu fəaliyyətin təkmilləşdirilməsi istiqamətində tələbələr, rezidentlər və gənc həkimlər ücün stomatoloqiyanın müxtəlif sahələrinə əldə olunmuş nailiyyətləri özündə əks etdirən seminarlar təşkil olunubdur.
Azərbaycan Tibb Universiteti rektorunun əmr və sərəncamlarını, Azərbaycan Tibb Universitetinin Nizamnamələrini əsas tutaraq Tədris Stomatoloji Klinikanin Tibbi şurası yaradılıbdır. Qəbul olunmuş Əsasnaməyə görə Tibbi şuranın fəaliyyəti praktiki səhiyyənin tələblərinə uyğun olaraq klinikada stomatologiyanın bütün sahələri üzrə əsas inkişaf proqramını müəyyən etmək və əhaliyə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi üçün tibbi nailiyyətlərin öyrənilməsi, klinikada tətbiqinin təmin edilməsindən, elmi-metodik işin təşkili və istiqamətləndirilməsindən ibarət olmuşdur.