Stomatologiya — dişlərin, diş ətinin, diş-çənə sisteminin, ağız boşluğu toxumalarının, üz və boyun toxumalarının anatomiyası, fiziologiyası, patogenezi, xəstəlikləri, etiologiyası, profilaktikası və müalicəsi ilə məşgul olan tibb sahəsidir. Diş həkimi (stomatoloq) dişlərin, ağızların və üzlük sahələrinin xəstəliklərinin profilaktikası, diaqnozu və müalicəsi ilə məşğul olan bir həkimdir.
Stomatoloji yardım – ağız boşluğu, diş və üz-çənə nahiyəsi xəstəliklərinin profilaktikası və müalicəsi üzrə tədbirlər kompleksini əhatə edən ixtisaslaşdırılmış tibbi yardımdır.
Təqdim olunan stomatoloji tibbi yardımın növləri:
■ terapevtik stomatologiya – dişlərin, parodont və selikli qişa xəstəliklərinin müalicəsi;
■ cərrahi stomatologiya - dişlərin çəkilməsı, implantologiya, bütün növ cərrahi manipulyasiyaların aparılması;
■ ortopedik stomatologiya - dişlərin protezlənməsi;
■ uşaq stomatologiyası – dişlərin, parodont toxuma və ağız boşluğunun selikli qişa xəstəliklərinin müalicəsi, uşaqlarda dişlərin çəkilməsı;
■ ortodontiya – dişləmin və diş-çənə sistemi anomaliyalarının korreksiyası;
■ estetik stomatologiya - dişlərin bərpası; dişlərin forma və rənginin dəyişdirilməsi.