Stomatologiyada tətbiq edilən rentgenoqrafiyanı iki əsas tipə bölürlər: intraoral (bu zaman rentgenoqrafiya plyonkası ağız boşluğunda yerləşir) və ekstraoral (bu zaman rentgenoqrafiya plyonkası ağız boşluğunda yerləşmir).
Ekstraoral rentgenoqrafiyaya aid olan növlərdən biri panoramik 3D rentgendi. Stomatoloji panoramik 3D rentgen bütünlükdə ağız boşluğunun təsvirini (həm alt, həm də üst çənə sümüyü üzrə olan dişlərin) bir şəkildə təqdim edir. Bu tip rentgenoqrafiya artıq inkişaf etmiş olan, həm də hələ təzəliklə çıxan dişlərin yerləşməsini müəyyən etmək, zədələnmiş dişləri, eləcə də şişləri aşkarlamaq olar.