(+99412) 449 82 55

3D KT və ya Konus-şüalı Kompüter Tomoqrafiyası (KŞKT)

3D kompyuter tomoqrafiyası dünyanın ən qabaqcıl  stomatolojı rentgen diaqnostikası hesab edilir. Tibbdə bu diaqnostika dəqiq və məlumatlandırıcı olaraq xəstəliklərin gizli, ilkin mərhələlərini aşkar edir. Azərbaycanda stomatologojı sektorda kompüter tomoqrafiyası 2010-ci illərdən həkimlər tərəfindən istifadə olunur.

3D KT yüksək dəqiqliyə malik rəqəmsal diaqnostika üsuludur ki, onun sayəsində diş-çənə sisteminin və sinus ciblərinin üçölçülü görüntüsünü əldə etmək mümkündür. 3D KT-nın köməyi ilə sümüklərdə, dişlərdə və yumşaq toxumalarda adi 2D Panoram rentgenoqrafiyalarda görünməyən dəyişiklikləri aşkar etmək olur. Müasir 3D KT diaqnostikası sadə, tez və ağrısız bir prosedurdur. 

3D KT-nin üstünlükləri:

  • KT müayinəsi ağrısız, qeyri-invaziv və dəqiqdir;
  • Şüa dozasının azdır;
  • Dişləmdə anomaliyaların diaqnozu;
  • Bir rentgen çəkilişi ilə həm sərt, həm də yumuşaq toxumaları görmək;
  • Diş köklərinin, kanallarının strukturunu qiymətləndirmək;
  • Periodontda patolojı prosesləri müəyyən etmək;
  • Dişlərin keyfiyyətli mülaicəsi üçün kanalların dəqiq sayını və strukturunu müəyyən etmək;
  • Üz-çənə nahiyyəsində mürəkkəb cərrahi əməliyyatların aparılmasında köməklik;
  • Ağız boşluöunda bütün iltihablı prosesləri görmək;
  • Retenləşmiş dişlərin çənə sümüyündə istiqamətini (3 boylu görüntüsü) görmək;

 

ATU Tədris Stomatolojı Klinikasında olan Planmeca rentgen aparatı 6-ci versiya Romexis rentgen proqramı ilə təchiz olunub. Rentgen çəkilişlər həm yeni, həm də köhnə versiyalarda elektron formatda (CD diskdə) təqdim olunur. Daha ətraflı məlumat üçün (010) 220 02 12, (012) 449 82 73
https://www.youtube.com/watch?v=JIp53eCo-Kk