(+99412) 449 82 55
Həcər Şamil Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinin 5-ci kurs tələbəsidir.

Stomatologiyanın hansı istiqamətdə inkişaf edəcəyini gələcək nəsil stomatoloq-tələbələrinə söyləməyə ehtiyac yoxdur. Onlar artıq bilirlər ki, gələcək rəqəmsal iş proseslərilə sıx bağlıdır və tələbələr daha çox onu öyrənməyə can atırlar. Həcər Şamil Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinin 5-ci kurs tələbəsidir. Əslən İraqın Nəsiriyyə şəhərindən olan Həcər deyir ki, CAD/CAM texnologiyasını öyrənməklə stomatologiyada yeni bir dünyanı kəşf etdi - detalların diqqət mərkəzində olduğu və pasientlərin faydalana biləcəyi bir dünya.

 

Sual: Niyə məhz stomatologiyanı öyrənməyə qərar verdiniz?

 

Cavab: Mən bu sahənin tibbi hissəsini və anatomiyasını sevirəm. Mən həmişə biologiya ilə maraqlanmışam. Ağız boşluğu model kimi hər zaman yanınızdadır. Dərs oxuyan zaman ağzımı açıb oxuduqlarını əyani şəkildə görə bilirəm. Bu elmi, real və sınaqdan çıxmış bir sahədir. İkincisi, mən insanlarla ünsiyyətdə olmağı çox sevirəm. Stomatologiyada xəstələrlə işləmək üçün bu cəhətdən xüsusi bacarığınız olmalı və onlarla necə danışacağınızı bilməlisiniz. Xəstələr stomatojı kabinetə çox vaxt diş ağrısı ilə yaxınlaşırlar və həssas olurlar. Mən onlarla ünsiyyət qurmağı xoşlayıram. Son səbəb isə detallardır. Mən hər bir işdə dəqiqliyi sevirəm, stomatologiyada isə hər millimetr önəmlidir.

 

Sual: Rəqəmsal stomatologiyanı ilk dəfə nə vaxt kəşf etdiniz?

 

Cavab: İlk təcrübəm universitetdə ikinci kursda olub. Mən stomatolojı fantom tədris otağında idim. 3D rəqəmsal kompüter tomoqrafiyası kursu üçün elan gördüm. Mənə çox maraqlı gəldi. Biz yalnız ənənəvi metodları öyrənirdik və mən heç vaxt təsəvvür edə bilməzdim ki, rəqəmsal texnologiya stomatologiyada da tətbiq edilə bilər. Lakin sonra Covid-19 pandemiyası ilə əlaqədar kurs ləğv edildi. İki il sonra mən ATU Tədris Stomatolojı Klinikasında xarici tələbələr üçün təşkil olunan 3D KT kursunda iştirak etdim, fərdi kurs keçdim və bu heyranedici idi. Biz çənə sümüyünü 3D formatda görə bilirdik və çox dəqiq diaqnoz qoya bilirdik. Dördüncü kursda olmağıma baxmayaraq, kurs zamanı implantlar, implantasiya üçün cərrahi şablonların hazırlanması və mandibular sinirin yerini necə təyin edilməsi haqqında mənə çox şey öyrətdilər. Mən çənə sümüyünün daxili quruluşunu 3D formatda qat-qat görə bilirdim. İnsanlar məndən nə ilə maraqlandığımı soruşduqda, “rəqəmsal stomatologiya” deyə cavab verirəm. Bu çox maraqlıdır.

 

Sual: Universitetinizdə analoji yanaşmalara daha çox üstünlük verilməsinə rəğmən, rəqəmsal stomatologiya haqqında daha çox məlumatı necə topladınız?

 

Cavab: Əvvəlcə əsasən internetdən. İndi həyatımızın hər bir sahəsi rəqəmsallaşır. Rəqəmsal stomatologiyanın imkanlarını gördüm və fikirləşdim ki, bu səmtdə davam edim. İnternetdə axtarış edərkən insanların, sözün əsl mənasında, təbəssümlər hazırladığı "bənövşəyi proqram"ı - EXOCAD-ı kəşf etdim. Mən həmişə diş həkimlərinin “Biz gülüş dizaynı edirik” dediyini eşitmişdim, lakin EXOCAD ilə siz həqiqətən gülüş dizaynı hazırlayırsınız. Mən bunu çox sevirəm. Mən o zaman uşaq stomatologiyası üzrə elmi rəhbərlərimdən biri ilə danışırdım və o mənə universitetimizin nəzdində olan CAD/CAM Rəqəmsal Diş Laboratoriyası ilə əlaqə saxlamağı və orada bir az təlim keçiməyimi təklif etdi. Mən razılaşdım!

 

Sual: Məhz o zaman EXOCAD proqramı ilə ilk tanışlığınız olub?

 

Cavab: Bəli! Laboratoriyaya getdim və mənə DentalCAD-ı öyrətmələrini xahiş etdim. Dedilər: “Əlbəttə!” Onlar mənə EXOCAD proqramı yüklənmiş bir noutbuk verdilər. Əvvəlcə proqramla tanış etdilər sonra isə nəticədə nə alınacağını göstərdilər. Çox xoşuma gəldi, universitetdə oxuduğum müddətdə orada qalıb təcrübə toplamağıma qərar verdim.

 

Sual: Laboratoriyada exocad proqramı ilə təcrübəniz karyera məqsədlərinizə necə təsir etdi?

 

Cavab: Mən CAD dizaynını çox sevirəm. Görək bu yol məni hara aparacaq. Amma bilirəm ki, diş həkimi olduqdan sonra belə, bəzi CAD dizaynı ilə məşğul olmaq istəyirəm. Rəqəmsal iş prosesi mənə yalnız qapaqlara, vinirlərə və ya protezlərə kənardan baxmağa imkan vermir, həmçinin, yumşaq toxuma, diş, kök və ağız boşluğunun bütün prespektivlərini virtual olaraq göstərir və mən bunu, sözün əsl mənasında, istənilən yerdən edə bilərəm. Mən, hətta, gələcəkdə frilanser dizayner olmağı da planlaşdırıram.

 

 

Sual: Qrup yoldaşlarınız rəqəmsal stomatologiya haqqında nə düşünür? Bu haqda danışırsınız?

 

Cavab: İşlədiyim rəqəmsal stomatoloji laboratoriya hər tərəfli şüşə ilə əhatə olunduğundan, bir çox qrup yoldaşlarım məni orada işlədiyimi görüb bu barədə soruşurlar. Mən nə etdiyimi izah edirəm və onlar deyirlər: “Vauv! Bu, çox gözəldir.” Bu, onlar üçün yeni kəşfdir. Laboratoriya da genişlənir. Onu rəqəmsal mərkəzə çevirmək istəyirlər. Beləliklə, yaxın gələcəkdə tələbələr daha çox məlumat ala biləcəklər.

 

Sual: Xəyal etdiyiniz iş nədir?

 

Cavab: Buna cavab vermək çətindir. Mən bir neçə aydan sonra məzun oluram və hələ də hansı ixtisasa yiyələnmək istədiyim barədə qərarsızam. Amma bilirəm ki, əgər diş həkimi olsam, rəqəmsal diş həkimi olacam. Bu, dəqiq qərardır.

 

Sual: Sizcə, rəqəmsal iş prinsipi bu sahəyə daha çox xanımları cəlb edir?

 

Cavab: Mən laboratoriyada işə başlayanda dörd-beş işçi var idi, hamısı kişi. Ancaq sonra, bu il rəqəmsal analizlər və KŞKT-yə cavabdeh olan başqa bir xanım da qoşuldu. Bu gün laboratoriyalarda getdikcə daha çox qadın görürəm. Düşünürəm ki, səliqəlik həqiqətən cəlbedicidir. Komputer sıçanı, klaviatura və dünya barmaqlarınızın ucundadır. Mən əslində daha çox qadınların stomatologiyanı sevdiyini düşünürəm. Mən bu sahədə daha çox mənim kimi qadınlarla tanış olmağımı istərdim.

 

 

Sual: Exocadı bir canlıyla bənzətsək, sizcə o nə olardı?

 

Cavab: Şahin quşu, çünki EXOCAD qanadlandırır. Mən burada kompüterimdə oturub CAD dizaynımla istənilən yerə uça bilərəm.

 

 

Sual: Sevimli dişiniz?

 

Cavab: Mərkəzi kəsici diş. Bu, çox sadə anatomiyadır, amma düşünürəm ki, buna görə hər detal vacibdir - hər bucaq, hər kənar xətt vacibdir. Çox sadə,lakin detallarla zəngin.

 

 

Sual: Hal-hazırda sevdiyiniz mahnı varmı?

 

Cavab: Ən çox sevdiyim mahnı Passenger-in "Let Her Go" mahnısıdır. Bu mənə ən yaxşı dostumu xatırladır. Həmişə məktəbdən evə gedəndə ona qulaq asardıq.

 

 

Sual: Hər hansı bir yerə bir günlük səyahət edə bilsəydiniz, hara gedərdiniz?

 

Cavab: Bağdada, ailəmi, valideynlərimi və bacımı görmək üçün evə gedərdim.

 

 

Sual: EXOCAD deyəndə ağlınıza hansı söz gəlir?

 

Cavab: Dəqiqlik.