Azərbaycanda rəqəmsal stomatologiyanın inkişafı məqsədilə Azərbaycan Tibb Universitetinin təşkilatı dəstəyilə stomatolojı fakultənin tələbələri və həkim-stomatoloqlar üçün «Müasir Rəqəmsal Stomatologiya» mövzusunda seminarlar və kurslar təşkil olunur.
Kurslar zamanı tələbə və həkimlərə 3D kompyuter tomoqrafiyası, rəqəmsal sefalometrik analiz haqqında ətraflı məlumat verilir, 3Shape, ExoCAD, OrtoStudio dizyan poqramlarında rəqəmsal model işləmi nümayiş olunur, müxtəlif rəqəmsal ortopedik konstruksiyaların hazırlanması, müasir dental skan aparatı ilə işləmə, cərrahi şablonların hazırlanması, CAD/CAM frez cıhazında işləmə prinsipləri göstərilir.
ATU CAD/CAM Tədris Mərkəzi 2023-cü ildə Azərbaycan Tibb Universiteti Tədris Stomatolojı Klinikasında, 2 nömrəli Bakı Baza Tibb Kollecində və Azərbaycanın bir sıra bölgələrində stomatoloq və diş texnikləri üçün ExoCAD Baza kursları və Master Class-lar keçirməyi planlaşdırır.
Yotube linki: https://youtu.be/9_Jdwygs_cs