Müasir Rəqəmsal Stomatologiya və ExoCAD dizayn proqramı.
Azərbaycan Tibb Universitetinin təşəbbüsü ilə 2 nömrəli Bakı Baza Tibb Kollecində ortopedik stomatologiya fakultəsinin tələbələri üçün «Müasir Rəqəmsal Stomatologiya və ExoCAD» mövzusunda seminar keçirilmişdir. Tədbir zamanı tələbə və müəllimlərə ExoCAD dizyan poqramının üstünlükləri, müxtəlif ortopedik konstruksiyaların hazırlanması, modul və işləmə prinsipləri, müasir dental skan aparatı ilə işləmə qaydaları haqqında ətraflı məlumat verilmiş və rəqəmsal model işləmi nümayiş olunmuşdur. ATU CAD/CAM Tədris Mərkəzi 2023-cü ildə Azərbaycan Tibb Universiteti Tədris Stomatolojı Klinikasında, 2 nömrəli Bakı Baza Tibb Kollecində və Azərbaycanın bir sıra bölgələrində stomatoloq və diş texnikləri üçün ExoCAD Baza kursları və Master Class-lar keçirəcək. Daha ətraflı məlumat üçün (010) 215 00 10.
Youtube linki: https://www.youtube.com/watch?v=cayZPrKBBvk&ab_channel=ATUR%C9%99q%C9%99msalStomatoloj%C4%B1T%C9%99drisM%C9%99rk%C9%99zi