Azərbaycan Tibb Universiteti Stomatologiya Fakultəsinin rezidentləri və tələbələri üçün 3D kompyuter tomoqrafiya kursları keçirilir. 15 dekabr 2022-ci il tarixində ATU Tədris Stomatolojı Klinikasında Stomatologiya fakultəsinin rezidentləri üçün 3D Kompyuter Tomoqrafiya kursları təşkil olunmuşdur. Baza kursu zamanı rezidentlərə 3D KT-nin imkanları və üstünlükləri haqqında danışılmış, Planmeca Romexis proqram təchizatı haqqında ətraflı məlumat verilmiş, 3D KT vasitəsilə implant planlama və rəqəmsal protokol mövzülarına toxunulmuşdur. Nəzərinizə çatdırmaq istərdik ki, kurslar mütəmadi olaraq ATU Tədris Stomatolojı Klinikasında təşkil olunacaq. Qeydiyyatdan keçmək üçün (010) 220 02 12.