(+99412) 449 82 55
14 mart 2024-cü il tarixində Azərbaycan Tibb Universitetinin Tədris Stomotoloji klinikasında Meridian Dentalın təşkilatçılığı ilə doktor Aytən Zamanovanın “Ön dişlərin estetik restovrasiyaları" adlı seminarı.

14 mart 2024-cü il tarixində Azərbaycan Tibb Universitetinin Tədris Stomotoloji klinikasında Meridian Dentalın təşkilatçılığı ilə doktor Aytən Zamanovanın “Ön dişlərin estetik restovrasiyaları: Kəsici kənarın sınığı, diastemalar” mövzusunda keçirdiyi seminarda mövzunun nəzəri və praktiki tərəfləri dinləyicilərə təqdim olunmuşdur. Qeyd edilmişdir ki,  ön dişlərin bərpasında estetik restavrasiya stomatoloqlardan dişdə gözəl təbəssümə mane olan kosmetik defektə və onu əhatə edən diş ətinə vahid sistem kimi kompleks yanaşma tələb edir. Bu isə öz növbəsində iş prosesində bərpaedici texnologiyalar sahəsində mövcud  son yeniliklərdən, xüsusilə  mükəmməl estetik təbii diş dolğularından istifadəni qaçılmaz edir. Seminarda estetik restavrasiyaların göstərişləri, əks göstərişləri,  restavrasiya olunan bölgənin defektinin ölçülərindən aslı olaraq uygulama protokollarının dəyişilməsi, rəng seçimi, uyğulama metodları, izolyasiya məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Seminarda həmçinin Tokuyama Dental şirkətinin istehsal etdiyi kompozit plomb materialları barədə ətraflı məlumat verilmiş, müasir stomatologiyada düzgün protokollara riayət etmənin önəmli aspektlərindən danışılmışdır. Seminar  tələbələr, həkim-rezidentlər və gənc həkimlər üçün  maraqlı və səmərəli keçmişdir.